Bu məktəbdə şagirdlər müəllimsiz qalıb - SƏBƏBİ
    • 18-09-2023, 17:06
    • 1 758

Bu məktəbdə şagirdlər müəllimsiz qalıb - SƏBƏBİ

Yasamal rayon 167 nömrəli məktəbin “3 f” sinfinin şagirdləri 15 sentyabr məktəbə getdikləri zaman sinifdə onlara dərs tədris edəcək bir müəllim olmayıb. 

Valideynlər bununla bağlı məktəb direktoruna şikayət ediblər. Direktor müəllimin sertifikasiya imtahanından kəsildiyi üçün işdən çıxarıldığını deyib. Valideynlərə “başqa bir müəllim yoxdur, gedin nə edirsiniz edin”, - deyə məktəb direktoru bildirib. Məlumata görə, valideynlər uşaqlarını məktəbə getməyə icazə verməyiblər. 

Belə bir iddia ictimai fəal Haldun Novruzzadə tərəfindən sosial şəbəkə hesabında yayılıb.  

Sözügedən məktəb ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışdıq. 

Məktəb tərəfindən bildirildi ki, bu məsələ ilə bağlı məlumat verə bilməyəcəklər. 

Mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən News24.az-a bildirildi ki, sözügedən məktəbin “3f” sinfinə artıq müəllim təyin edilib.

Ayşən