Pekin Almaniyaya etiraz etdi:
    • 18-09-2023, 17:21
    • 116

Pekin Almaniyaya etiraz etdi: "MƏSULİYYƏTSİZ, TƏXRİBATYÖNÜMLÜ.."

Pekin Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çin Prezidenti Si Szinpini diktator adlandıran bəyanatına görə Berlinə etiraz edib.

News24.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

“Çin Almaniyanın məsuliyyətsiz, faktlara zidd olan siyasi təxribat yönümlü bəyanatlarını pisləyir və rədd edir. Pekin artıq qarşı tərəfə diplomatik kanallarla etiraz göndərib”, - o bildirib.

Ayşən