25 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Hadisə
Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.