-
- 15-03-2019, 13:54
- 1 212
Emin Ağalarov dünya şöhrətli ifaçı ilə duet oxudu - VİDEO
Xalq artisti Emin Ağalarov məşhur opera və estrada ifaçısı Alessandro Safina ilə əfsanəvi Müslüm Maqomayevin “Mavi sonsuzluq” mahnısını italyan və rus dilində səsləndirib.
News24.az xəbər verir ki, musiqisi M.Maqomayevin özünə, sözləri Qennadiy Kozlovskiyə aid olan əsərin bu il 50 yaşı tamam olub.
Alessandro Safina mahnını ilk dəfə taksidə olarkən radioda eşitdiyini və həmin vaxt əsərə vurulduğunu açıqlayıb.
Daha sonra opera ifaçısı ötən il “Jara” beynəlxalq musiqi festivalında bəstəni doğma dilinə tərcümə edərək səsləndirib:
Möhtəşəm çıxışdan sonra Emin Ağalarov A.Safinaya “Mavi sonsuzluq”u iki dildə səsləndirməyi təklif edib:
“Müslüm Maqomayev tanıdığım və gördüyüm ən qeyri-adi sənətkarlardan biridir. “Mavi sonsuzluq” isə onun səsinin əsrarəngizliyini göstərən əsl hitdir.
O mahnı mənim üçün çox əhəmiyyətli olduğu üçün bütün konsertlərimdə səsləndirirəm. Bununla da M. Maqomayevlə olan heyranlığımı qoruyub, saxlamış oluram.
Mahnının bütün dünyada tanınması və müxtəlif dillərdə ifa olunması arzum idi. Buna görə də Alessandro Safinanın festivalımızdakı çıxışını gördükdən sonra mahnının iki dildə səsləndirilməsininin çox gözəl olacağını düşündüm.
Mənə elə gəlir ki, çox gözəl alınıb. Əsas odur ki, bütün qəlbimizlə ifa etmişik”.