-
- 19-09-2023, 15:34
- 634
Azərbaycanda deputat kredit təşkilatındakı payını SATDI
"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 35 %-nə nəzarət edən Məşhur Məmmədov payını satıb.
News24.az "Report"a istinadən xəbər verir ki, onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51 %-dən 86 %-ə çatdırıb.
Səhmlərin qalan 14 %-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.
M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.