"Motosiklet avtobusun altına düşüb" - Mais Ağayev - FOTO
    • 15-03-2019, 14:44
    • 1 069

"Motosiklet avtobusun altına düşüb" - Mais Ağayev - FOTO

"Bu gün saat 13:00 radələrində Yeni Yasamal rayonun M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi zamanı 17 nömrəli avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb". 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev News24.Az-a bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:
“Hərəkətdə olan motosiklet Volksfagen markalı minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb. Amma avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda Bakı Nəqliyyat Agentliyi  tərəfindən araşdırma aparılır”.

Sevinc YASİNQIZI