"Hələlik diqqətimizi bu sazişlərə yönəltməliyik" - Peskov
Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması üçün artıq möhkəm sənəd bazası mövcuddur.
News24.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin Moskvanın vəziyyəti sabitləşdirmək üçün əlavə şərtlər təklif edib- etməməsi ilə bağlı sualını belə cavablandırıb.
“Razılaşma üçün kifayət qədər möhkəm əsas var - bunlar qeyd etdiyim üç sənəddir. Bu sənədlər əsasında siyasi və diplomatik üsullara qayıdış barədə razılaşma əldə oluna bilər və əldə edilməlidir”, - Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, hələlik diqqətimizi bu sazişlərə yönəltməliyik.
Aydan