-
- 19-09-2023, 21:42
- 1 029
Ermənilər kəndlərimizi tərk EDİRLƏR
Ermənilər Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərini tərk etməyə başlayıblar.
News24.az xəbər verir ki, bu barədə separatçıların “Ombudsmanı” Artak Beqlaryan məlumat yayıb.
Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib.
AYXAN