"Ermənilərin planları suya düşdü" - SƏMƏD SEYİDOV
Siyasət
Hesab edirəm ki, bu hadisələr bu şanlı qələbə regionda yeni bir mərhələyə qədəm qoymağa imkan yaradacaq və Azərbaycanı sülh prosesində irəliləməyə böyük bir təkan verəcək.
Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağdakı ermənilərin təslim olması barədə danışarkən dedi:
"Ermənilər düşünürdülər ki, anti-terror tədbirləri uzun çəkəcək, mülki obyektlər dağılacaq, bundan da sübut kimi istifadə edəcəklər. Nəticədə 24 saat tamam olmamış separatçılar ağ bayraq qaldırdılar, Yevlaxa gəlməyə hazır olduqlarını bildirdilər. Onların planları suya düşdü"
S.Seyidovun sözlərinə görə, Amerika və Fransa bu mövzuda xüsusi canfəşanlıq edir. Onlar Azərbaycanın inkişafının qarşısını almağa çalışırlar:
"Fransa Ukraynada separatçılara qarşı mübarizə aparır, Azərbaycana gəldikdə isə onları dəstəkləyir. Biz beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılmasını, cinayətkarların Ədalət Məhkəməsinə çıxarılması, Azərbaycana dəyən zərərin ödənilməsi və s. məsələləri qaldırmışıq. Bu, uzun illər davam edəcək prosesdir. BMT-də məhz Fransanın təşəbbüsü ilə dinləmələr olacaq. Onların məqsədi prosesin başqa istiqamətdə getməsidir. Biz heç bir mülki əhaliyə ziyan vurmadığımız üçün məsələnin, hansısa beynəlxalq təşkilatda gündəliyə daxil olmasına hazırıq və layiqli cavabını veririk"
Aydan