-
- 21-09-2023, 10:57
- 237
Azərbaycan polisi Xankəndiyə girəcək... - Politoloq
Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri separatçıların təslim olmaları ilə nəticələndikdən sonra bu gün yerli saatla 13:00-da Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.
Qeyd edək ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi avqustun əvvəllərində razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.
Lakin bütün bu razılıqlara baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu.
Görüşün gözləntiləri haqqında News24.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, erməni əhalisinin nümayəndələri Yevlaxda keçirilməsi nəzərdə tutulan görüşə xoşluqla gəlmirlər.
“Təslim olmalarından sonra onlar danışığa və nəticədə Rəsmi Bakının konkret olaraq tələblərini qəbul etmək üçün gəlirlər. Azərbaycanın antiterror əməliyyatı separatçıların təslim olması və məğlubiyyətləri ilə nəticələndi. Əməliyyatdan öncə separatçıların bir sıra iddiaları var idi.
Təslim olmalarından sonra onlar danışığa və nəticədə Rəsmi Bakının konkret olaraq tələblərini qəbul etmək üçün gəlirlər. Azərbaycanın şərtləri var və daha çox onlar müzakirə ediləcək. Erməni əhalisinin reinteqrasiyası: Xankəndi, Xocalı kimi erməni əhalisinin yaşadığı ərazilərdə infrastrukturunun qorunması və iqtisadi məsələlər Azərbaycanın daxili məsələsidir.
Qondarma rejim tərksilah olunması məsələsi:
Gündəmdə müzakirə ediləcək məsələlər çərçivəsində ermənilərin dil, təhsil hüququ, bələdiyyə seçkiləri məsələsi var. Bu o, demək deyil ki, onlar ayrı subyekt kimi qəbul ediləcəklər, xeyr. Erməni əhalisi də azərbaycanlılarla bərabərhüquqlu yaşayacaqlar. Ölkəmizdə olan digər azsaylı xalqların mədəniyyəti, dili, ənənələri qorunduğu kimi erməni əhalisinin də hüquqları qorunacaq”.
A.Nərimanlı hesab edir ki, nümayəndələr Azərbaycanın tələblərini qəbul etməyə məcburdurlar: “Gəlirlərsə, deməli qəbul etmək üçün gəlirlər. Əgər əks mövqedə olacaqlarsa, yenə də Azərbaycan ordusu ordadır. Separatçıların tərksilah edilməsi, qovulması işinə baxacaq. Xankəndidə qanunsuz silahlı dəstələrin ləğvi, Azərbaycan hakimiyyətinin bərpası prosesinə isə Dövlət Təhlükəsizlik Xidməti yerinə yetirəcək. Xankəndiyə Azərbaycan polisi girəcək”.
Ayşən Rəhim