-
- 21-09-2023, 13:16
- 635
Tailand rəsmiləri ilə mühüm görüş - FOTO
Dünən Tailand krallığını xüsusi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
News24.az xəbər verir ki, görüşdə Tailandın senatoru Virasakdi Futrakul, Nümayəndələr Palatasının üzvü Voravit Baru, Tailand Krallığının Azərbaycan Respublikasındakı səfiri Apirat Suqondhabhirom, Xarici Əlaqələr Mütəxəssisi, Yüksək Peşəkar Səviyyə, Nümayəndələr Palatasının Katibliyi Russdy Khantanit, Tailand Krallığının Ankaradakı Səfirliyinin İkinci Katibi Pipat Charoensuk, Azərbaycanın Tailanddakı səfiri İrfan Davudov və Milli Məclisin deputatı Rüfət Quliyev iştirak edib.
Görüşdə Azərbaycan-Tailand münasibətlərin inkişafı, o cümlədən parlamentlərarası qrupların formalaşması müzakirə edilib. Həmçinin, bu cür görüşlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb.
Millət vəkili Rüfət Quliyev görüş barədə fikirlərini News24.az-la bölüşüb. Deputat vurğulayıb ki, iki ölkə arasında əlaqələrin qurulması hər iki ölkə üçün müsbət tendensiyadır:
“Tailand Asiya ölkələri sırasında iqtisadi cəhətdən ən aparıcı dövlətlərdən biridir. Ümumdaxili məhsuluna görə, Asiya ölkələri arasında seçilir. Bu gün Tailand deyiləndə hamı onu yalnız turizm ölkəsi kimi tanıyır. Bəli, burada turizm inkişaf edib, amma turizmin ümumdaxili məhsulda ümumi payı 12 -13 faizdir. Bu ölkə istehsalçılığına görə dünyada birinci üçlükdədir. Diqqətə çatdırım ki, bu ölkədə minik maşınları, onların ehtiyat hissələrini istehsal edilir. Bundan başqa, Tailandda kənd təsərrüfatı da çox yüksək səviyyədə inkişaf edib. Təbii ki, Azərbaycanın bu ölkəyə böyük marağı var, onların da bizə. Biz baş tutan görüşdə əsasən iki mühüm məsələni müzakirə etdik. Həmin görüşdə azərbaycanlı sahibkarlar da yaxından iştirak edirdi. Görüşdə Bakıdan Bankoka birbaşa uçuşların təşkil edilməsi, həmçinin elektron viza ilə bağlı məsələlər müzakirə edildi. Gələcəkdə Azərbaycan vətəndaşları Bankoqa gedəndə elə aeroportda dərhal vizalarını ala biləcəklər. Qeyd edim ki, bu gün saat 3-də Milli Məclisdə növbəti dəfə Tailand rəsmiləri ilə mühüm görüşümüz olacaq".
Aynurə