Ermənilər Rusiya sülhməramlıların komandan müavinini - ÖLDÜRÜB

Ermənilər Rusiya sülhməramlıların komandan müavinini - ÖLDÜRÜB Maraqlı

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan həlak olub.

News24.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə "SeverPost" məlumat yayıb.

Qeyd olunub ki, sülhməramlı qüvvələrinin komandanının hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan Kovqan İvan Vasilyeviç həlak olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlıların öldüyü barədə məlumat versə də, ölənlərin sayı və adlarını açıqlamayıb.

Xatırladaq ki, sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçuları faciəvi şəkildə həlak olub.