İrəvanda Paşinyana qarşı etiraz: Tevanyan SAXLANILDI
    • 22-09-2023, 10:00
    • 249

İrəvanda Paşinyana qarşı etiraz: Tevanyan SAXLANILDI

Ermənistanın müxalifət liderlərindən birini, “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Bildirilib ki, Tevanyan və bir qrup tərəfdarı şəhərin mərkəzində küçələrin bağlanması ilə müşayiət olunan etiraz aksiyaları zamanı saxlanılıb.

“Məni həbsxanaya gətirdilər, bundan problem yaratmağa ehtiyac yoxdur. Etirazlar davam edəcək”, - Tevanyan canlı yayımda bildirib. Bu ifadədən sonra polis telefonun söndürülməsini tələb edib.

Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi itaətsizlik aksiyalarına başladığını elan edib. Hazırda İrəvanın müxtəlif küçələrində etiraz aksiyaları keçirilir, xüsusilə Myasnikyan prospekti və Saryan küçəsi bağlanıb.

Akqabay