-
- 22-09-2023, 10:02
- 246
Azərbaycanın Qarabağdakı erməni əhaliyə göndərdiyi ərzaqın miqdarı - FOTOLAR
"40 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də, çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir".
News24.az "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.
Onun sözlərinə görə, FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: "Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".