İki xət üzrə avtobusun hərəkətində dəyişiklik edilib
    • 16-03-2019, 10:22
    • 871

İki xət üzrə avtobusun hərəkətində dəyişiklik edilib

Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə iki avtobusun hərəkət sxemində dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.Az-a verilən məlumata görə, martın 16-dan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər. Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin edilib.

Sevinc YASİNQIZI