Kənd məktəbində külli miqdarda mənimsəmə - Cinayət işi açıldı
    • 22-09-2023, 12:59
    • 373

Kənd məktəbində külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.