Ermənistanda komendant saatı tətbiq EDİLƏCƏK?
    • 23-09-2023, 10:19
    • 191

Ermənistanda komendant saatı tətbiq EDİLƏCƏK?

Ermənistanda hakimiyyət komendant saatının tətbiqini hələ ki, planlaşdırmır.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

“Dünən bütün günü hökumətin ölkədəki vəziyyəti sakitləşdirmək üçün komendant saatı tətbiq etmək niyyətində olduğu xəbəri yayılsa da, hökumətdəki mənbələrimiz bizi əmin etdilər ki, ən azı o ana qədər belə bir müzakirə aparılmayıb. Üstəlik, aksiyaların bir neçə günə yatırılacağına şübhə yoxdur, çünki Nikol Paşinyan daxili işlər naziri Vahe Qazaryana ən sərt vasitələrlə xalq üsyanlarını yatırmaq üçün ciddi göstəriş verib”, - nəşr yazıb.

Qeyd edək ki, Ermənistanın “Joqovurd” qəzeti Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr apardığını yazmışdı.

Xatırladaq ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti paytaxt İrəvanda iğtişaşlar təşkil etmək cəhdlərinə sərt reaksiya verəcək.

Akqabay