Bakıdan göndərilən ərzaq Xankəndidəki ermənilərə PAYLANDI- VİDEO
    • 23-09-2023, 11:11
    • 623

Bakıdan göndərilən ərzaq Xankəndidəki ermənilərə PAYLANDI- VİDEO

Rusiya sülhməramlıları Bakıdan Qarabağ erməniləri üçün göndərilən humanitar yardımları yerli əhaliyə paylayıblar.

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə göndərilən qutularda un, digər ərzaq və gigeyenik məhsullar mövcuddur. Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.