CHP-nin Azərbaycanın qələbəsinə susqunluğuna AKP-dən ETİRAZ
    • 23-09-2023, 13:22
    • 314

CHP-nin Azərbaycanın qələbəsinə susqunluğuna AKP-dən ETİRAZ

AK Partiya sədr müavini Həmzə Dağ, "Azərbaycan əməliyyatı başladı, 24 saat keçdi, əməliyyat davam edir, CHP-dən heç bir açıqlama yoxdur" deyərək reaksiya verib.

News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

“Dünyanın belə gərgin bir prosesdən keçdiyi bir vaxtda, həm haqqı dəstəkləməsi,həm də vasitəçilik baxımından ciddi potensiala malik olması ölkəmizin dəyərini və qiymətini artırır"- Həmzə Dağ deyib.

Həmzə Dağ Qarabağda prosesin getdiyini bildirib və deyib:

"Əvvəlki Qarabağ müharibəsində biz sona qədər dost ölkə Azərbaycanın yanında olduğumuzu və onun 44 gün ərzində əldə etdiyi nəticələrə böyük töhfə verdiyimizi ifadə etmişdik. İndi də Azərbaycan antiterror tədbirlərinə başlayıb.Antiterror əməliyyatına gəlincə, cənab Prezident Ərdoğan bunu BMT tribunasından şəxsən bəyan edib ki,  biz bu məsələdə Azərbaycanı tam dəstəkləyirik. Amma bəzən elə mövzular var ki, müxalifətin davranışları siyasi olmaqdan çıxır. Azərbaycanda əməliuyatlar artıq 24 satdan çoxdur başlayıb amma CHP-dən heç bir reaksiya yoxdur. Hər mövzuda danışan CHP, bu mövzuda nədənsə susur.Bunu ictimaiyyətin vicdanına buraxırıq"

Aydan