Tanınmış rejissorun ölüm səbəbi - AÇIQLANDI

Tanınmış rejissorun ölüm səbəbi - AÇIQLANDI Mədəniyyət

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Yenicag.az-a danışan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist İlham Əsədov rejissorun ölüm səbəbini açıqlayıb.

O bildirib ki, Əsəd Əsədov uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Rejissorun ölümünə səbəb uzunsürən xəstəliyi olub.

Qeyd edək ki, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Tanınmış rejissorun ölüm səbəbi - AÇIQLANDI