-
- 23-09-2023, 16:10
- 841
Ağdamdan Xankəndiyə yanacaq GÖNDƏRİLDİ - VİDEO
Ağdamdan Xankəndiyə yanacaq göndərilib.
News24.az xəbər verir ki, SOCAR-ın yanacaqla dolu 2 avtomobili Xankəndiyə yol düşüb.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
2023-cü il sentyabrın 20-dən etibarən İşçi qrup tərəfindən bəzi tədbirlər həyata keçirilib.
Sentyabrın 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağda yaşayan erməni sakinlər üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılıb.
Erməni sakinlərin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.