Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - DSX məlumat yaydı
    • 16-03-2019, 14:00
    • 641

Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - DSX məlumat yaydı

Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

News24.az xəbər verir ki, bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­mış, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olun­ub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hal-hazırda araşdırma işləri davam edir.