3 terrorçu - ZƏRƏRSİZLƏŞDİRİLİDİ
Hadisə
Suriyanın şimalındakı Barış bulağı bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib: "Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduğu şəkildə müdaxilə edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən təsbit edilən 3 PKK/YPG terrorçusu məhv edilib".