Azərbaycanlı şahmatçını Qazaxıstandan buraxmırlar - QALMAQAL
    • 16-03-2019, 14:58
    • 868

Azərbaycanlı şahmatçını Qazaxıstandan buraxmırlar - QALMAQAL

Qazaxıstanda keçirilən şahmat üzrə dünya çempionatından sonra azərbaycanlı şahmatçı Eltac Səfərlinin başına xoşagəlməz hadisə gəlib.

News24.Az
xəbər verir ki, Astananın hava limanında bəlli olub ki, şahmatçımız Qazaxıstanı tərk edə bilməz. Səbəb isə budur ki, E. Səfərlinin qaldığı oteldə onu qeydiyyatdan keçirməyiblər. Buna görə də Elcan reysə buraxmayıb. 

E. Səfərlinin düşdüyü vəziyyətdən dolayı həmkarı Rauf Məmmədov reysdən imtina edərək, onunla qalıb. 


Şahmatçılarımızın bildirdiklərinə görə xoşagəlməz hal Qazaxıstan Şahmat Federasiyasının səhlənkarlığı ucbatından baş verib. Üstəlik, baş verənlərə federasiya laqeyd qalaraq, nəinki biletlərdən yana dəyən zərəri şahmatçılarımıza ödəməyiblər, üstəlik, Eltac məhkəməyə verilib. 

R. Məmmədov bildirib ki, martın 18-nə Eltac üçün məhkəmə təyin olunmuşdu. Amma müəyyən səlahiyyətli şəxslərin məsələyə müdaxilə etmələri sayəsində məhkəmə bu günə keçirilib.

Azər NƏSİBOV