Hücum Kosovo serbləri tərəfindən həyata keçirilib - Vuçiç
    • 25-09-2023, 00:08
    • 201

Hücum Kosovo serbləri tərəfindən həyata keçirilib - Vuçiç

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalındakı silahlı qarşıdurmada Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Kosovonun şimalında əsasən serblərin yaşadığı Şimali Mitrovitsada yolu bağlayan silahlı serblər polisə atəş açıb və bir polis əməkdaşını öldürüb.

Serb xalqı üçün çox çətin bir gün olduğunu bildirən Vuçiç, “Bu gecə bir qrup Kosovo serbi Banjskada iki yük maşını ilə barrikada qurub, sonra Kosovo polisi gəlib və barrikadaları aradan qaldırmaq istəyib. Münaqişə baş verib və bir polis əməkdaşı güllələnib, daha bir nəfər isə yaralanıb. Hadisədən sonra münaqişə davam edib" - deyə qeyd edib.

"Polis zabitinin ölümü ilə nəticələnən insidentə heç bir şəkildə haqq qazandırmaq istəmirəm, baş verənləri pisləyirəm, lakin 3 kosovo serbi də öldürülüb. Kosovo serbləri mühasirəyə alınıb, qanlı qarşıdurma baş verib. Onlardan 2-si ağır yaralanıb. Daha bir nəfərin ölə biləcəyinə dair şübhələr var" - o, əlavə edib.