Serbiya Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq - Vuçiç
    • 25-09-2023, 00:28
    • 225

Serbiya Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq - Vuçiç

"Serbiya Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq".

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

"Son hadisələr Kosovonun müstəqilliyini heç vaxt tanımayacağımıza inamı gücləndirdi. Nə etsəniz də, biz Kosovonun müstəqilliyini heç vaxt tanımayacağıq. Serbiya heç vaxt Kosovonun müstəqilliyini tanımayacaq", - o qeyd edib.

"Bir çox serblər Serbiyanın azadlığı, Serbiyanın bir hissəsi kimi Kosovo və Metohiya uğrunda həlak olub və bir şeyi əminliklə demək olar - Kosovo və Metohiyaya heç vaxt Serbiya müstəqillik verməyəcək".

Qeyd edək ki, Serbiyanın Kosovo və Metohiya Muxtar Vilayəti 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan edib və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO və İnterpola üzv olmağa çalışır.