Tayvanda yanğında ölənlərin sayı ARTDI
    • 25-09-2023, 01:19
    • 137

Tayvanda yanğında ölənlərin sayı ARTDI

Tayvanın cənubundakı fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb. 

News24.az  xəbər verir ki, Tayvan Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə , daha 109 nəfər yaralanıb, biri hələ də itkin düşüb .

Son məlumatlara görə, ölənlər arasında dörd yanğınsöndürən də var. Səlahiyyətlilər DNT testlərindən istifadə edərək onların şəxsiyyətini müəyyənləşdirirlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğından cəmi 28 saat sonra yanğını söndürə biliblər.