İtkin düşən daun sindromlu şəxsin CƏSƏDİ TAPILDI
    • 25-09-2023, 08:37
    • 161

İtkin düşən daun sindromlu şəxsin CƏSƏDİ TAPILDI

İzmirdə itkin düşən daun sindromlu Durukan Hamamcının meyiti iki günlük axtarışlar nəticəsində meşəlik ərazidə tapılıb.

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, Durukan Hamamcı iki gün əvvəl evdən çıxıb. Hamamcının uzun müddət evə gəlməməsindən sonra narahat olan ailəsi polisə müraciət edib. 

Polis axtarışlara başlayıb. Durukan Hamamcının yaşadığı ərazidə pilotsuz uçuş aparatları, izləyici itlər və termal kameralardan da istifadə edilib.

İki günlük axtarışlar nəticəsində Hamamcının cansız cəsədi Karaağaç məntəqəsinə gedən yolun kənarında tapılıb.

İlkin nəticələrə görə, onun bədənində heç bir zərbə izinə rast gəlinməyib.

Faktla bağlı istintaq davam edir.