Yevlax sakinində 2 kq-dan çox marixuana AŞKARLANDI
    • 25-09-2023, 09:14
    • 163

Yevlax sakinində 2 kq-dan çox marixuana AŞKARLANDI

Bərdə Rayon Polis Ṣöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanılıb

News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.