-
- 25-09-2023, 10:31
- 724
Xankəndidə banklarımızın yerli ofisi açılacaq
“Yəqin ki, Xankəndidə qaz təchizatı və rabitə xidmətləri də yaxın günlərdə Azərbaycana reinteqrasiya olunacaq. Kommunal ödənişlər üçün əvvəlcə, qapılarına sayğac qoyulacaq. İnternet və mobil xidmət müqabilində biz necə ödəniş edirik, onlar da elə edəcək”.
News24.az xəbər verir ki, bunu sosial mediada jurnalist Taleh Şahsuvarlı yazıb.
Onun sözlərinə görə, ödənişlər üçün Xankəndidə banklarımızın yerli ofisi açılacaq və işğalçı Ermənistanın bank sistemi bölgədən çıxarılacaq:
“Buna paralel olaraq sosial müdafiə sistemi, pensiyalar və s.də Azərbaycana reinteqrasiya ediləcək. Bütün bunlar üçün bir də vətəndaşlıq vəsiqələri ilə təmin olunmaları məqsədi ilə ASAN Xankəndi fəaliyyətə başlayacaq. Qısacası, iş hələ indi başlayır”.