Molla rejimi Güney Azərbaycanda 15 nəfəri HƏBS ETDİ
    • 25-09-2023, 19:28
    • 371

Molla rejimi Güney Azərbaycanda 15 nəfəri HƏBS ETDİ

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ilə Baş Prokurorluğun birgə yaydığı bəyanatda Qərbi Azərbaycan əyalətində 15 nəfərin həbs edildiyi bildirilib.

News24.az xəbər verir ki, bu barədə Guney Azfront teleqram kanalı məlumat yayıb. 

Bununla yanaşı,  Əlburz və Tehran əyalətlərində də İŞİD üzvlərinin həbs edildiyi, paytaxtda partladılmasına hazırlıq görülən 30 bombanın zərərsizləşdirildiyi qeyd edilib.

Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları barədə məlumat verilməyib.

Aynurə