-
- 26-09-2023, 11:05
- 190
"Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa dəvət olunub"
"Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa dəvət olunub".
News24.az-ın məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda təklif səsləndirib.
"2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad edib. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa edib. İşğal dövründə həmin ərazilər tamamilə dağıdılaraq yararsız hala salınıb. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılıb, ərazilər minalanıb. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınır", - nazir belə deyib.
O, bildirib ki, Prezident İlham Əliyevin “yaşıl enerji zonası” elan etdiyi işğaldan azad olunan ərazilər böyük aqrar potensiala malik olmaqla, 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal,ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizi Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübə və texnologiyaları işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər", - nazir fikirlərini belə tamamlayıb.
Fərid Azəri