Müşfiq Abbasovun yeni kitabı təqdim edildi
    • 26-09-2023, 13:30
    • 1 262

Müşfiq Abbasovun yeni kitabı təqdim edildi

Detektiv yazar Müşfiq Abbasovun "Şeytanın siması" adlı yeni kitabı təqdim edilib. 

News24.az xəbər verir ki, roman hörmətli bir ailənin gəlininin üç nəfər tərəfindən zorlanması, cinayətkarların hiyləgərcəsinə gizlənməsi, istintaq orqanının peşəkarlığı nəticəsində onların ifşa olunması, əsərin qəhrəmanlarından birinin fərqli qisas planları və digər mövzulardan bəhs olunur.

Kitab yalnız yetkinlik yaşına çatmış şəxslərin oxuması üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu, uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan detektiv yazıçı Müşfiq Abbasovun üçüncü əsəridir. Yazıçı bundan başqa "-4" və "Qan haqqı" əsərlərinin müəllifidir. Bütün əsərləri müəllifin araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gəlib.

Qeyd edək ki, "Şeytanın siması" kitabını, eləcə də  "-4" və "Qan haqqı" əsərlərini yalnız "Hüquq Ədəbiyyatı Mağazası"( Tarqovu, Nəsimi heykəlinin yanı, L.Tolstoy küçəsi 191. tel: 498-13-14)dan əldə edə bilərsiniz.