Neymar baş məşqçi ilə yumruq davasına çıxdı - VİDEO
    • 26-09-2023, 15:33
    • 367

Neymar baş məşqçi ilə yumruq davasına çıxdı - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda futbolçu Neymarla baş məşqçi Xorje Xesus arasında gərginliş baş verib.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, iddialara görə, Neymar Xesusla mübahisə edib. Tərəflərin bir-birinə qarşı fiziki güc tətbiq etdiyi də iddia edilir. 

“Mundo Deportivo”nun məlumatına görə, tərəflər arasında gərginliyə səbəb Neymarın uğursuz çıxış etməsidir. Bildirilir ki, bu gərginlikdən sonra Neymar klub rəhbərliyi ilə görüşərək, baş məşqçinin qovulmasını tələb edib. Klubun Neymarın tələbini qəbul edib-etməyəcəyi maraq doğursa da, yerli mənbələr məşqçinin göndərilə biləcəyini irəli sürür.

Ətraflı RTV-nin süjetində: