Bərdədə yaşayış binasında PARTLAYIŞ: xəsarət alanlar var
    • 26-09-2023, 17:00
    • 186

Bərdədə yaşayış binasında PARTLAYIŞ: xəsarət alanlar var

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.

News24.az "Apa"ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunda, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Hadisə nəticəsində ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.