Atom elektrik stansiyasının - TİKİNTİSİNƏ BAŞLANILACAQ
Hadisə
Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq.
News24.az xəbər verir ki, "Business Daily"nin məlumatına görə, bunu Keniya Nüvə Enerjisi və Enerji Agentliyinin sədri Justus Vabuyabo bildirib.
Obyektin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırdıqlarını deyən Vabuyabo, layihənin tamamlanmasının təxminən 6-10 il zaman alacağını qeyd edib.
Tamamlandığında təxminən 1000 meqavat gücə sahib olacaq obyektin artan əhalinin ehtiyaclarını ödəməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.