-
- 26-09-2023, 22:57
- 260
İranda spirtli içki istehsal edən 4 nəfərə ÖLÜM HÖKMÜ VERİLDİ
İran məhkəməsi saxta spirt istehsalı ilə bağlı iş üzrə dörd müttəhimə ölüm hökmü çıxarıb.
News24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Əlborz əyalətində alkoqollu içkilərin istehsalı və yayılması işi üzrə dörd müttəhim edam cəzasına məhkum edilib”.
İyun ayında saxta spirtlə kütləvi zəhərlənmə nəticəsində 17 İran vətəndaşı ölüb, daha 191 nəfər isə kor olub. Təqsirləndirilən şəxs müəyyən tibbi ləvazimat tədarükçülərindən spirtli içki alıb və onu digər inqrediyentlərlə qarışdıraraq satıb.
Qeyd edək ki, İranda spirtli içkilərin həm istehsalını, həm də istehlakını qadağan edən qadağa qanunu var. Ölkə vətəndaşları qanuni olaraq yalnız texniki və tibbi spirt ala bilərlər.