Fransada dəmiryolçular Nazirliyin binasına BASQIN ETDİLƏR
Fransanın paytaxtı Parisdə dəmiryolçular Fransanın SNCF dəmir yolu şirkətinin yükdaşıma bölməsinin yenidən qurulması planına etiraz olaraq Ekoloji Transformasiya Nazirliyinin binasına basqın ediblər.
News24.az Fransa KİV-ə istinadən xəbər verir ki, etirazçılar Nazirliyinin binasının içində məşəl yandıraraq aksiya keçiriblər.
SNCF-nin yük daşıma bölməsi olan SNCF Fretin yenidən qurulması planına qarşı çıxan nümayişçilər "SNCF satılmır" şüarları səsləndiriblər.
Polis nümayişçilərə müdaxilə edərək onları binadan çıxarıb.
Qeyd edək ki, nümayişçilər sözügedən yenidənqurma planı çərçivəsində 500 işçinin ixtisar edilməsinə qarşı çıxırlar.