Şəkidə 42 yaşlı şəxs valideynlərini bıçaqladı

Şəkidə 42 yaşlı şəxs valideynlərini bıçaqladı
HADİSƏ

Baxış: 137 \ Tarix: 27-09-2023, 08:00

Mətn ölçüsü

Sentyabrın 26-sı saat 23:45 radələrində Şəki rayonunun Cəfərabad kənd sakinləri, 1954-cü il təvəllüdlü Səfər Əhmədov və arvadı, 1959-cu il təvəllüdlü Gülşən Əhmədovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı, 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.