Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını  ZİYARƏT ETDİ
    • 27-09-2023, 08:58
    • 147

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını  ZİYARƏT ETDİ

Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

News24.az APA-ya istinadən xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüblər.