-
- 27-09-2023, 15:08
- 378
Xüsusi təyinatlı nəqliyyat vasitələri Xankəndiyə GÖNDƏRİLDİ
Fövqəladə Hallar Nazirliyinə məxsus daha şəxsi heyyətin və zəruri avadanlıqların olduğu 53 avtomobil Xankəndiyə yola salınıb.
News24.az xəbər verir ki, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra yaranan güclü yanğının lokallaşdırılması məqsədi ilə yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
Bu gün səhər saatlarında isə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.