“Ayakve” Vardanyana görə HƏRƏKƏTƏ KEÇDİ
    • 27-09-2023, 17:31
    • 450

“Ayakve” Vardanyana görə HƏRƏKƏTƏ KEÇDİ

“Azərbaycanlılar “Dağlıq Qarabağın” keçmiş dövlət naziri (qondarma), tərəfdarımız Ruben Vardanyanı saxlayıblar”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Ayakve” təşəbbüs qrupunun bəyanatında deyilir.

“Biz düşmən dövlətin bu qanunsuz (?) addımını qətiyyətlə pisləyirik və Ermənistan hakimiyyətindən Ruben Vardanyanın Ermənistana qaytarılması üçün təcili tədbirlər görməsini tələb edirik”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, “Ayakve” adı verilən bu bədnam təşəbbüs qrupu Qarabağın Azərbaycanın tərkibində tanınmasının konstitusiya səviyyəsində cinayət hesab olunması barədə imza toplayırdı. Onların əsas sponsorlarından birinin məhz Vardanyan olduğu güman edilir.