Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir - VİDEO
GÜNDƏM

Baxış: 205 \ Tarix: 27-09-2023, 19:33

Mətn ölçüsü

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

News24.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

YouTube