"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb"
    • 28-09-2023, 11:33
    • 212

"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb"

"Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son bir neçə ildə zərf 3 dəfədən artıq yenilənib".

News24.az xəbər verir ki,bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Həyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, hər zamam əsas məqsəd tibbi xidmətlərə əlçatanlıqdır.

Onun sözlərinə görə,agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb.

Aydan