TƏBİB-ə olan təşəkkürlərin sayı ARTIB
    • 28-09-2023, 12:11
    • 314

TƏBİB-ə olan təşəkkürlərin sayı ARTIB

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını artıracaq"

News24.az xəbər verir ki,bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir.

"Təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. TƏBİB-ə olan təşəkkürlərin sayı son dövrlərdə kifayət qədər artıb".

Aydan