Dərsliklər niyə ağırdır? - RƏSMİ AÇIQLAMA
    • 28-09-2023, 13:46
    • 303

Dərsliklər niyə ağırdır? - RƏSMİ AÇIQLAMA

İbtidai sinif səviyyəsində dərsliklərdə texniki şərtlərə əsasən şriftin ölçüsü 14-16 arasında, ümumi və tam orta təhsildə 12-14 ölçü arasında olmalıdır.

News24.az Day.Az-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, dərsliklərin ağırlığından şikayət edən valideynlər var:

"Dərsliklərin fiziki ağırlığının azaldılması üçün daha çox məlumatın yerləşdirilməsi məqsədilə şriftlərin ölçüsü kiçildilir".