Putin Kadırovla görüşdü
    • 28-09-2023, 15:04
    • 303

Putin Kadırovla görüşdü

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirib. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Putin Kadırovu Çeçenistan iqtisadiyyatındakı vəziyyəti müzakirə etməyə dəvət edib.

Bundan əlavə, Putin Çeçenistan rəhbərindən xüsusi hərbi əməliyyatın iştirakçılarına ən xoş arzularını çatdırmağı xahiş edib. Putin vurğulayıb ki, yerli komandirlər respublikadan gələn döyüşçülərə arxayındırlar və onları ruhdan salmayacaqlarına inanırlar.

Qumral