Narkobaron Xeyrulla Nəsrullayevə HÖKM OXUNDU
    • 28-09-2023, 16:07
    • 255

Narkobaron Xeyrulla Nəsrullayevə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xeyrulla Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o 10 il 6 ay azadlıqdan məhrum edilib. 

İttihama görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıb.

Onun üzərindən 5 büküm ümumi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. 

Samir Əli