Ermənistanın Azərbaycan torpaqlarına basdırdığı minalar narahatlıq doğurur - BMT

Ermənistanın Azərbaycan torpaqlarına basdırdığı minalar narahatlıq doğurur - BMT Siyasət

"Ermənistanın Azərbaycan torpaqlarına basdırdığı minalar narahatlıq doğurur".

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının sədri Dennis Frensis Nyu-Yorkda keçirilən Baş Assambleya müzakirələrindən sonra mətbuat konfransında deyib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1991-ci ildən indiyədək 3385 azərbaycanlının Ermənistanın basdırdığı minaların qurbanı olduğunu bildirmişdi.