Bu il hərbi cinayətlər 8,7 faiz azalıb - Xanlar Vəliyev
Hadisə
2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7% azalıb.
News24.az-ın məlumatına görə, bu barədə Respublika hərbi prokuroru ,nolar Vəliyev deyib. Onun sözlərinə görə, müvafiq dövrdə həmçinin, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb: "Eləcə də, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb".
Samir Əli